Maraqlı

Ailəni gücləndirən varlıq, ya sevgini öldürən "qatil"? - Araşdırma

18 İyun 2017 22:48
14 Şərh     Baxış: 2 693

Araşdırmaya görə, uşaq qadın-kişi münasibətlərinə təsir edərək sevgini azaldır. Xalq arasında evliliyi gücləndirdiyi deyilən övlad həqiqətənmi ər-arvad arasındakı sevgini öldürür?

Milli.Az ailem.az-a istinadən bildirir ki, aparılan son araşdırmalar uşağın kişi-qadın münasibətlərinə təsir etdiyini ortaya çıxarıb. Daha da pisi odur ki, araşdırmalara görə, sevgi axır-əvvəl "uçub gedir" və cütlük məsuliyyət duyğusu, ətrafın təzyiqi ilə evliliyini sürdürməyə davam edir.
 
14,5 illik araşdırmanın detalları
 
Xalq arasındakı "uşaq sevgini öldürür" ifadəsini təsdiqləyən araşdırma İsraildəki Bar İlan Universitetində aparılıb.  
 
Araşdırmanın detallarına görə, əvvəl-əvvəl evlilikdən duyulan məmnunluq hissi birinci uşağın doğuşundan etibarən azalır və illər ərzində azalmağa davam edir. Uşaqlar yeniyetməlik həddinə gəldiyində ən aşağı səviyyəyə çatır. Uşaq sayı nə qədər çoxdursa, evlilikdən duyulan məmnuniyyət də o qədər azalır. Evliliklərindən məmnun olmasalar da, bu cütlüklər yenə də boşanmır. Evlilikdən duyulan məmnuniyyətsizliyin ayrılıqla bağlı təsirinin olmadığı deyilir.
 
Uşaq hər nə qədər evliliyə məna və şənlik qatmış olsa da, cütlüklərin bir-birinə bağlanmasına vəsilə olacaq işləri görmələrinə imkan vermirlər. Valideynlərin üzərinə artan stress, məsuliyyətlər yükləyir, onlar arasında ata-ana olmaqla bağlı mübahisələr çox yaşanır.
 
Maddi sıxıntılar, gündəlik görülən işlərin bir rejimə dönüşməsi, uşaqları ora-bura aparmaq cütlüklər arasında münasibətin cazibəsini və işığını olduqca azaldır. Cütlüklər hətta cinsi həyatı müzakirə etməyə belə, imkan tapmırlar, çünki çox yorğun olurlar. Buna görə də diqqət yetirilməzsə, uşaq olduqdan sonra böyüyənə qədər sevginin həcmi olduqca azalır.
 
Bu illərdə valideynlərin yaxşı ana-ata olmaq üçün ortaq bir məqsəd ətrafında toplaşması, uşağın uğurlarından qürur duyması və övladının sosial, akademik, idman fəaliyyətlərinə qatılmaları onlara yeni dostlar qurmaq və özlərini xoşbəxt hiss etmək üçün fərqli alternativlər təqdim edir.
 
Uşaqlar evdə olmayanda...
 
Araşdırmanın digər detalında qeyd olunub ki, uşaq evdə olmayanda cütlüklər yenidən aralarında yaxınlıq və səmimi hissləri bərpa edə bilərlər.
 
Eşq qığılcımını necə canlı tuta bilərik?
 
Fədakarlıq: Kiçik, ya böyük bir şey, fərqi yoxdur. Sevdiyinizə qarşı düşüncəli olmaq, yardım etmək, gündəlik işlərdən sizin payınıza düşəni etmək və lazım gəldiyində sevdiyinizin sıxıldığı bir anda onun rahat nəfəs alması üçün bir addım atmaq.
 
Müsbət düşünmək: Müntəzəm şəkildə sevdiyinizə sevgi və tərifli duyğularınızı ifadə etmək.
 
Bağlanmaq: Sevdiyinizin həssas olduğu bir dövrdə sizə güvən duyğusunu oyadaraq, ona verdiyiniz dəyəri hiss etdirmək.
 
Özünü inkişaf etdirmək: Yeni fəaliyyətlə məşğul olmasına yardımçı olmaq. 

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

14 Şərh:

  • Anonim
    SEVA TOVUZ · 18 İyun 23:02100

    Evladsiz heyat menasizdir

    Cavab yaz
  • Anonim
    ... · 18 İyun 23:0655

    Beli beli uşaq oldu sevgi azalir.100% eminem buna.ister istemez ananin başi qariwir uwaga ...uşagin qaygilari ön planda olur

    Cavab yaz
  • Anonim
    te · 18 İyun 23:1941

    Hecbiri deyil.Mence heyatin menasidir,yasama sebebidir her seydir evlad.

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 18 İyun 23:2461

    Mence guclendirir aileni, coxxx gozel,xosbextlikdir , ovlad .Iraq iraq men olmasaydim atam anam ne veziyyetde olardi tesevvur etmek bele qorxuludur.

    Cavab yaz
  • Anonim
    Evli kisi · 18 İyun 23:41130

    Men 15 ildir evliyem,6 usagim var,arvadima olan sevgimde gunu gunden artmaqdadi.

    Cavab yaz
  • Anonim
    Evli kisi · 18 İyun 23:4352

    Israilli ilanlara aid ola biler bu sohbetler.Allah,koklerini kessin.

    Cavab yaz
    • Anonim
      Vusale · 19 İyun 00:4211

      Gic gic daniwma

      Cavab yaz
  • Anonim
    Evli kisi · 18 İyun 23:4550

    Ada bax.Ilan universiteti.Cox guluncdur.

    Cavab yaz
  • Anonim
    teselli · 18 İyun 23:5170

    guclendirir aileni. usag olandan sonra daha da kamillesir insan. boyurur mesuliyyeti artir. bow bow sohbetlere gore evde dir dir olmur. oz tecrubemden bilirem. Allah balalarimizi saxlasin. olmayanlarada ovlad qismet elesin

    Cavab yaz
  • Anonim
    # · 18 İyun 23:5181

    Omrum hayatimin manasidi balalarim ham manim ham da yoldasim ucun.Allahim onlari mana cox gormasin .aminusaq ailani guclandirir mohkamlandirir100%

    Cavab yaz
  • Anonim
    gun · 18 İyun 23:5590

    Ovladsiz ev olmasin ovlad her weydi kiwi ve qadini bir birine baglayan varligdi ovlad inanki ovlad olmasa bowanma olur ekser ailelerde Allah balalarimizi qorusun Rebbim

    Cavab yaz
    • Anonim
      gune · 19 İyun 01:2111

      5 uşagi olan ailələr də boşanir axi

      Cavab yaz
  • Anonim
    Vusale · 19 İyun 00:4013

    Sevgini olduren qatil!!(((((

    Cavab yaz
  • Anonim
    Meri · 19 İyun 09:4500

    Uşaqsız ailənin bir anlamı yoxdur yaşamağa. nə vaxta qədər AXIR ƏVVƏL UŞAQ İSTAYƏCƏKLƏR HƏYATIN QANUNU BUDUR HEÇ BİR AİLƏ UŞAQSIZ OLAMSIN. AMİN

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.