Maraqlı

28 yaşında 4 qitə, 32 ölkə, 90 şəhər gəzdi - FOTOlar

30 May 2017 14:35
0 Şərh     Baxış: 7 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

28 yaşlı Elvin Levinlər Türkiyənin Koç Universitetinin məzunudur. Bir müddət aktrisalıq edib və eyni zamanda jurnalist işləyib. Lakin sonradan həyatını dəyişdirmək qərarı verir və səyahətə çıxır. Hazırda 40 yaşlı həyat yoldaşı Bülənt Hacıöməroğlu ilə dünyanı gəzir və yoqa ilə məşğuldur.

Milli.Az sey-yah.com-a istinadla Elvin Levinlərin müsahibəsini təqdim edir:

- Səyahət macəranız necə başladı?

- 19 yaşım olanda Hindistana getdim. Filmlərdən görə bilməyəcəyim, kitablardan oxuyamayacağım mənzərələr gördüm, insanlarla tanış oldum. Həmin andan etibarən həyatım dəyişdi, gördüyüm işdən bezdiyimi anladım. Bu ölkədə küçə uşaqlarının həyat səviyyəsini yüksəltmək üçün bir layihəyə qoşuldum.

- Hindistandan sonra haranı gəzdiz?

- Universitetin 2-ci kursunda oxuyan zaman ERASMUS proqramı vasitəsilə Avstraliyaya gedib 6 ay qaldım. Sonra İtaliya, Belçika, Hollandiya, Fransa, İspaniya kimi ölkələrə getdim. Bu günə qədər Amerika, Avropa, Asiya, Avstraliyada 32 ölkə, 90-dan artıq şəhərdə olmuşam.

- Yoldaşınız da sizin kimi səyahət etməyi sevir?

O da səyahəti çox sevir. Ayrı-ayrı vaxtlarda eyni ölkərdə olmuşuq və oxşar şeyləri etmişik. Yollarımız birləşdikdən sonra səyahət etmə gücümüz ikiyə qatlandı. Birgə Yaponiyadan Avstraliyaya, Amerikadan Filippinə qədər bir çox ölkəni gəzdik.

- Birgə ilk dəfə hara getdiniz?

- Kaliforniyaya. Amerikanın şərq sahillərində heç olmamışdım, yoldaşım isə bu bölgəni qarış-qarış tanıyırdı. Kirayə maşın götürüb, San Fransiskodan Meksika sərhədinə qədər sahil boyunca gəzdik. Heç bir şeyi öncədən planlamadıq. Bəyəndiyimiz yerlərdə bir neçə gün qaldıq, bəzən günəşin batmasını seyr edib yolumuza davam etdik.

- Ən çox zövq aldığınız səyahətiniz hansı olub?

- Yaponiyanın Kyoto şəhərində küçədə dolaşan Geyşalar (17-ci əsrdə kişi müştəriləri mahnı, rəqs və söhbətləri ilə əyləndirən milli geyimli qadınlar - red.) diqqətimi çox çəkmişdi. Tokiodakı insan qələbəliyi, şəhərdə gəzərkən istiqamət göstərən lövhələrdəki sözləri başa düşməmək, tualetdə hansı düyməyə basacağını bilməmək çox maraqlıydı.

- Səyahətə gedərkən necə hazırlaşırsınız?

- Əvvəllər uzun siyahı tuturdum. İndi isə çox alternativli yerləri seçmirəm. Mütləq idman ayaqqabımı və geyimlərimi götürürəm. Gəzərkən qeydlərimi etdiyim dəftərim və fotoaparatım da yanımda olur. Ən çox sevdiyimiz şeylərdən biri də çadırda qalmaqdı.

- Səyahətinizə nə qədər pul xərcləyirsiz?

- Ölkəyə görə dəyişir. Bu günə qədər ən çox xərcimiz Yaponiyada çıxıb. Qatarla belə bir şəhərdən digərinə getmək təyyarə biletinin qiymətinə bərabərdi. Ən ucuz gəzdiyim yer isə Barselona olub. Əslində digərləri ilə müqayisədə nisbətən ucuzdu. Səyahət vaxtı yaşadığım təcrübələrlə özümü daha yaxşı tanıdım. Varma nöqtəsinin yox, getdiyim yolun önəmli olduğunu öyrəndim. Hələ də getmək istədiyim çox yer var. Mərkəzi və Cənubi Amerikanı dolaşmaq istəyirəm.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.