Maraqlı

Daha heç kim qızları zorlaya bilməyəcək - MÜDHİŞ İXTİRA

29 May 2017 23:22
1 Şərh     Baxış: 4 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Florida ştatında yaşayan və lisey şagirdi olan üç qız təcavüz hadisələrini azaltmaq üçün bir ixtiraya imza atıblar.

Milli.Az xəbər verir ki, şagirlərin hazırladığı xüsusi pipet içkiyə həb və ya narkotik qatılıb-qatılmadığını öyrənməyə kömək edəcək.

Dərman qatılan içkiyə salınan pipetin yuxarı hissəsində zolaqlar meydana çıxır. Əgər içkinin içində narkotik olarsa, lent A hərfini, əks halda B hərfini göstərir.

ABŞ-da qeydə alınan statistikaya görə, təcavüz hadisələrinin əksəriyyətinin iştirakçıları bir-birinə yaxın insanlar, yaxud da sevgililər olur. Təcavüzdən əvvəl isə içkiyə həb və ya narkotik qatılmasına isə tez-tez təsadüf edilir.

Şagirdlər ixtiranın patentini almaq üçün işə başlayıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.