Maraqlı

Süni intellekt şagirdlərin diqqətini izləyəcək - VİDEO

30 May 2017 07:22
0 Şərh     Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paris Biznes Məktəbində distansiyalı məşğələlər zamanı şagirdlərin diqqətini izləmək üçün süni intellektdən istifadə planlaşdırılır. Sentyabrdan etibarən "Nestor" adlanan proqram müşahidə kameraları vasitəsilə şagirdlərin üzlərinin analizinə başlayacaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Nestor" dərslər zamanı məktəblilərin gözlərinin hərəkətini və emosiyalarını izləyəcək. Mühazirələr başa çatdıqdan sonra onlara diqqətlərinin yayındığı hallarla bağlı bir neçə sual veriləcək. Həmçinin, müəllimlər şagirdlərin dərsə maraq göstərməsini və ya göstərməməsini təhlil edərək mühazirələri yaxşılaşdıra biləcəklər.
 
Məlumata görə, "LCA Learning" şirkəti "Nestor" proqramını ötən həftə Nyu-Yorkda keçirilən konfransda təqdim edib. Texnologiya distansiyalı dərslər prosesində sınaqdan keçirildikdən sonra ondan adi mühazirələrdə istifadə nəzərdə tutulur.
 
Şirkət yaradıcısı Marsel Souset bildirib ki, "Nestor"un kənar şirkətlərə məlumat göndərməyəcəyinə görə bütün informasiya məxfi qalacaq. Bundan başqa, məlumatlar şifrlənəcək və anonimləşdiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.