Maraqlı

Ən çox yatan heyvanlar

27 May 2017 20:33
4 Şərh     Baxış: 2 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təkcə insanlar deyil, heyvanlar da yatırlar. Marqalıdır, bəs hansı heyvanlar nə qədər yuxu yatır?

Milli.Az modern.az-a istinadən bu maraqlı faktları təqdim edir.

Alimlərin araşdırmaları nəticəsində məlum olub ki, yırtıcı heyvanlar arasında ən çox məməlilər yuxuya vaxt xərcləyirlər. Məsələn, adi pişik gündə 14 saata qədər yata bilər, bəzi gəmiricilər - 19-20 saata qədər. Gündə 10-11 saat yatmaq isə itlərə və kirpilərə kifayət edir.

Otyeyənlərdə uzun yatmaq imkanları yoxdur, qismən bu, həzm xüsusiyyətləri ilə bağlıdır. Əgər adi ev dovşanı orta hesabla gündə 8 saat yatırsa, fil 5, inək 4 saat yatır, at 3, zürafə isə gündə cəmi 2 saat yatır.

İtlər və pişiklər burulub yatmağa xoşlayırlar, inəklər, atlar və keçilər ayaq üstə, bəzən isə yarımçıq uzanaraq, başlarını düz saxlayaraq yatırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.