Maraqlı

Məşhur müğənni dəfn olundu - FOTO

27 May 2017 09:29
0 Şərh     Baxış: 2 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Soundgarden" rok-qrupunun frontmeni və lideri, 52 yaşlı Kris Kornell dəfn olunub.

Milli.Az TMZ-yə istinadən bildirir ki, intihar etmiş müğənni "Hollywood Forever Cemetery" məzarlığında torpağa verilib.

Dəfn mərasimində Leonardo Di Kaprio, Farrel Uilyams, Bred Pitt, Deyv Navarro, Coş Brolin, Lars Uilrix, Ceyms Hetfild, Fred Armisen, Qevin Rosdeyl, Kim Teyl, Kristian Beyl, Kortni Lav, Mett Kemeron və başqaları vardı.

Onlar əfsanəvi musiqiçinin xanımı Viki Karayannislə övladları Toni və Kristoferə başsağlığı veriblər.

K.Kornell mayın 18-də otelin vanna otağında özünü asmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.