Maraqlı

Ancelina Coli Bred Pitti qısqanır - FOTO

27 May 2017 10:25
0 Şərh     Baxış: 2 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur aktrisa, Hollivud ulduzu Ancelina Coli ərindən, tanınmış aktyor Bred Pittdən boşansa da, Pittin başqa qadınlarla görüşməsini və ya yenidən evlənməsini istəmir.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 53 yaşlı Bred Pitt və 41 yaşlı Ancelina Coli 8 ay əvvəl ayrılıblar. Onların boşanması hələ rəsmiləşməyib.

"Ancelina əsla istəmir ki, Bred hansısa qadınlasa görüşsün. Ancelina Bredlə barışmaq və yenidən birlikdə yaşamaq da istəmir. Amma Bredin başqa qadınla yaşaması ehtimalı ilə də barışa bilmir", - A.Colinin rəfiqlərindən biri deyib.

Dünən A.Coli qızı Şilonun 11 yaşının tamam olması münasibətilə övladlarını Anahaym şəhərindəki Disneylendə aparmışdı.

Aktrisa gəzintiyə prodüseri olduğu "By the Sea" filminin rejissorunu, habelə kambocalı hüquq müdafiəçisi Lunq Unqu və aktrisa Sarem Srey Mohu da dəvət etmişdi.

Bred Pittin baş polda çəkildiyi və "Netflix"də nümayiş olunan "War Machine" satirik teleserialı isə çox pis qarşılanıb. Serialın reytinqi aşağıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.