Maraqlı

Daha bir məşhur ailə dağıldı - FOTO

27 May 2017 09:35
0 Şərh     Baxış: 1 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Populyar amerikalı aktyor, Hollivud ulduzu, əsl ad və soyadı Bencamin Edvard Stiller olan Ben Stiller 18 il əvvəl evləndiyini xanımı, aktrisa Kristin Teylordan ayrılır.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 51 yaşlı Stiller və 45 yaşlı Teylor boşanmaları ilə bağlı açıqlama yayıblar: "Birlikdə 18 il yaşayandan sonra bir-birimizə böyük sevgi və sayğını qoruyaraq ayrılmağa qərar verdik. Övladlarımıza sədaqətli valideyn, bir-birimizə sadiq dost olaraq qalacağıq. Media mənsublarından da xahiş edirik ki, şəxsi həyatımıza qarışmasınlar".

Ben Stiller və Kristin Teylor 1999-cu ildə "Heat Vision and Jack" eksperimental filiminin çəkilişlərində tanış olmuşdular. Onlar 2000-ci ilin mayında Havay arxipelaqındakı Kuai adasında evləniblər.

Onların 2002-ci ildə Ella Oliviya adlı qızları, 2005-ci ilin iyulunda isə Kvinlin Dempsi adlı oğulları dünyaya gəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.