Maraqlı

Maserati Levante təkmilləşdi - FOTO

17 İyun 2017 19:05
0 Şərh     Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2017-ci ilin martında Almaniyanın Novitec atelyesinin mütəxəssisləri krossover Maserati Levante-ni təkmilləşdiriblər. O vaxtdan layihə üzərində iş davam edir və indi tünerlər modifikasiyanın son variantını Novitec Esteso adı altında təqdim ediblər.

Milli.Az auto.az-a istinadən bildirir ki, italiyan yolsuzluq avtomobili 8 müxtəlif hissədən ibarət olan enli asma alıb. O quraşdırıldıqdan sonra avtomobilin banının eni 2090 mm-dək artıb. Yəni, təkmilləşdirilmiş Maserati Levante hətta yolsuzluq avtomobili Hummer H2-dən də enli olub.

Novitec Esteso modifikasiyası ventilyasiya kəsiyi, qabaq arxa spoylerləri, yan ətəkləri və  diffuzoru olan fərqli kapot alıb. Bu cür yolsuzluq avtomobilinin banı tünerlər tərəfindən tutqun-göy rəngə boyanıb.

Enliləşdirilmiş təkər arkalarında 22-düymlük yüngüllehimli xüsusi disklər var. Şirkət pnevmatik asılqanı da 25 mm aşağı salıb. Bütün bu dəyişikliklər sayəsində yolsuzluq avtomobilinin eksteryeri daha aqressiv olub. Levante-nin interyerinə gəldikdə, Novitec atelyesi bunu da dəyişib, lakin hələlik yeniliklərin siyahısı və şəkillər yoxdur.

Maserati Levante-nin mühərrikini daha gücləndirməyiblər. Qeyd edək ki, əvvəllər tünerlər 3-litrlik altılığın gücünü 494 a.g. və 658 Nm-dək artırmışdılar. Bu cür mühərrikə malik olan avtomobil yerindən ilk yüzlüyə 4,8 saniyəyə sürətlənir, maksimal sürət isə 273 km/saatdır. Paketin qiymətin barədə məlumat verilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.