Maraqlı

Gürcüstan paytaxtının əsl siması: olduğu kimi görünməyən Tiflis - FOTO

26 May 2017 11:28
6 Şərh     Baxış: 3 425

"Mixeil Saakaşvilinin dönəmində Tiflisdə yeni və gözəl, maraqlı memarlıq həllinə, üslubuna malik binalar tikilməyə başladı. Həmin binalar Gürcüstanın yeni siması oldu. "Gürcü möcüzəsi"nə baxmaq üçün ölkəyə turistlər axışmağa başladı. Lakin gürcülər bu möcüzəyə hazır deyildilər. Görünür, gözəl binaları tikən memarlar gürcülərə təlimatları verməyiblər. Təlimat olmadansa hər şey tərsinə getdi".

Milli.Az bildirir ki, Rusiyanın ən məşhur bloqerlərindən olan İlya Varlamov Gürcüstanın paytaxtı Tiflis barədə belə yazıb.

Onun sözlərinə görə, Tiflis indi həddən artıq sıx, çirkli, basırıq bir şəhərə çevrilib. Məsələn, İtaliyanın "Studio Fuksas" bürosunun layihəsi əsasında inşa olunmuş Ədliyyə Sarayı (Tbilisi Public Service Hall) baxımsız, çirkli, tozlu vəziyyətdədir.

Tiflisin dəmiryol vağzalı, sanki, böyük bazardır. Küçələrdə maşınlar necə gəldi, harada gəldi saxlanılır. Yeraltı keçidlərin istisnasız olaraq hamısı bazara dönüb.

Eyni situasiya Batumi şəhərində də müşayiət olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Əli · 26 May 12:1320

    Tbilisi Bakıdan 10 dəfə çox olduğu kimi görünür.

    Cavab yaz
  • Anonim
    ****** · 26 May 13:3333

    BAKIMIZ GÖZƏLDİR NƏ TİBİLİSİ NƏ EREVAN BAKIYA CATA BİLMƏZ.

    Cavab yaz
  • Anonim
    1111 · 26 May 14:2310

    Dediyinə təsdiq 1 shekil qoysan yaxsın olar

    Cavab yaz
  • Anonim
    IS · 26 May 14:4100

    yalan sohbetdir. tbiliside hal hazirda temizlik ishleri daha ustundur heryer temiz saxlamaq herkesin borcudur. qaldiki bu fotolara hardaki zerer deymish vaxtlar olub onda cekilib. duzdur sakashvili gedenden sonra bezi ishler yarimcix qaldi. ama hal hazirda tbilisi yashamaq ucun en ideal sheherdi

    Cavab yaz
  • Anonim
    MKM · 26 May 16:3131

    Yalanın batsın!!! Tbilisi çox gözəl şəhərdi. Ora mənim vətənimdi axı :))

    Cavab yaz
  • Anonim
    daimi izleyici · 26 May 23:5000

    Menim serhm hani

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.