Maraqlı

Dəridəki qırışları açan MÖCÜZƏVİ MASKA

29 May 2017 22:58
2 Şərh     Baxış: 2 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sizə təqdim edəcəyimiz maska dərinin regenerasiyasını sürətləndirir, ölmüş toxumaları bərpa edir, dərini rahatlaşdırır, tonusunu qaldırır, müsbət təsir edir.

Milli.Az lent.az-a istinadən bildirir ki, maska yaşıl çayla hazırlanır və dəridəki qırışların açılmasına səbəb olur. Maskanı 6-8 həftə etdikdə dəridə arzuolunan effekti görmək mümkün olur. Maskanı bir neçə dəfə tətbiq etdikdə onun dəridə yaratdığı möcüzələri görmək olur.

Maskanın hazırlanması:

* üyüdülmüş yaşıl çay - 1 xörək qaşığı
* kakao tozu - 0,5 xörək qaşığı
* bal - 1 çay qaşığı
* qaynar su
 
Kakao tozu və yaşıl çay qaynar suda qarışdırılaraq həlim halına salınır, soyuduqdan sonra ona bal əlavə edilir və qarışdırılır. Qarışım qatı olarsa ona az miqdarda ​zeytun yağı​​​ əlavə eləmək olar. Maska üzə sürtülür və 20 dəqiqə saxlanıldıqdan sonra isti su il yuyulur. Üzü qurutduqdan sonra dəriyə yumşaldıcı krem sürtülür. Maska 3 gündən bir 6-8 həftə tətbiq edilir. İstədiyiniz effekti aldıqdan sonra maskanı ayda bir dəfə təkrarlamağınız kifayətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.