Maraqlı

Heyvanların üzlərində kədər, ümidsizlik görmüşdünüz? - FOTO

24 May 2017 12:05
0 Şərh     Baxış: 1 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il bu zoopark bağlananda onun yerində müasir park salınacağı, heyvanlarla quşların isə yeni, ultramodern şəraitli zooparklara köçürüləcəyi deyilmişdi.

Zoppark qapadıldı, amma heyvanlarla quşlar qaldılar. Onların durumu indi çox pisdir. Hətta fəlakət həddindədir.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, söhbət Argentinanın paytaxtı Buenos-Ayresdəki köhnə zooparkdan gedir.

Baş rekonstruksiya planına görə, 140 yaşlı zoopark köçürülməli idi. Fəqət, zooparkın qapanmasından bir il keçsə də, oradakı volyerlərlə saxlanan heyvanlarla quşlar hələ də yerlərini dəyişməyiblər.

Ekspertlərin dediklərinə görə, heyvanların çoxu bu zooparka elə öyrəşiblər ki, yeni məkana, hətta qoruğa və ya milli parka aparılaraq buraxılsalar, ölərlər.

1875-ci ildə istifadəyə verilmiş zooparkın ilk direktoru qərara gəlmişdi ki, heyvanlar onların gətirildikləri ölkələrin ruhunu əks etdirən tikililərdə saxlanmalıdır. Asiya filləri üçün hinduist məbədinin surəti tikilmişdi. Zürafələr islami stilində volyerə, qırmızı panda isə Çin paqodasına yerləşdirilmişdi.

Hazırda 18 hektarlıq ərazidəki binaların hamısının ciddi təmirə ehtiyacı var.

Heyvanlarla quşların vəziyyəti isə çox acınacaqlıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.