Maraqlı

İrina Şeykin dönüşü möhtəşəm oldu - FOTO

24 May 2017 12:21
0 Şərh     Baxış: 2 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur supermodellərindən biri İrina Şeyk uzun sürən fasilədən sonra yenidən kameraların qarşısına keçib.

Milli.Az European-a istinadən bildirir ki, aprel ayında Li de Şeyn adlı qızını dünyaya gətirmiş İrina Şeyk aylardı medianın diqqətindən kənarda qalmağa çalışırdı.

Amerikalı aktyor, 42 yaşlı Bredli Kuperlə qeyri-rəsmi nikahda olan İ.Şeyk son dəfə ötən ilin sonunda "Victoria's Secret" dəfiləsində poduma çıxmışdı.

Tatar supermodel dünən Fransanın Kann şəhərində keçirilən 70-ci beynəlxalq kinofestivalda ulduz kimi parlayıb. O, "Hiraki" filminin nümayişinə qatılıb.

İ.Şeyk "Atelier Versace"nin əsəri olan dekolteli don geyinmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.