Maraqlı

Uşaq üstündə məhkəmələri səs-küylü başladı

24 May 2017 07:35
0 Şərh     Baxış: 1 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Beşiktaş"lı futbolçu Caner Erkinlə boşandığı həyat yoldaşı Asena Atalayın uşağının himayəçiliyi ilə bağlı məhkəmədə qalmaqal yaşanıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, məhkəmədə Asena ilə Caneri vəkilləri təmsil edib. Erkinin vəkili uşağın mənfəəti üçün prosesin qapalı keçirilməsini tələb etsə də, Atalayın vəkili açıq olmasını istəyib. Nəticədə vəkillər arasında mübahisə düşüb. 

Hakim isə "Hər iki tərəfin məhkəmədə şou göstərməsinə icazə vermərəm. Bu məhkəmə 70 milyonun məhkəməsidir" deyə tərəfləri sakitləşdirməyə çalışıb. 

Erkinin vəkili Asenanın striptizlə məşğul olmasını əsas gətirərək uşağın Canerə verilməsini tələb edib. Qarşı tərəf isə futbolçunun övladına qarşı olan vəzifələrini yerinə yetirmədiyini bildirib.

Proses şahidlərin dindirilməsi üçün təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.