Maraqlı

Samsung uzadıla bilən displey hazırlayıb

25 May 2017 08:01
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Samsung" şirkəti dünyada ilk uzadıla bilən ekran təqdim edəcək. Yeni displey 23-25 may tarixlərində keçiriləcək "SID" ("Society for Information Display") konfransında nümayiş etdiriləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, indi "Samsung" şirkəti yalnız bir istiqamət üzrə bükülən ekranlar istehsal edir, yeni displeyi isə hər iki istiqamət üzrə istənilən formada əymək, bükmək mümkündür. Ekranın ölçüsü 9,1 düymdür (23 sm), onun səthi 12 mm uzadıla bilər və mobil qurğu və avtomobillərdə tətbiq edilə bilər.

Analitiklərin proqnozuna görə, 2022-ci ilədək elastik ekranlar bazarının həcmi 15,5 milyard dollar təşkil edəcək. Ötən il bu göstərici 3,7 milyard dollar olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.