Maraqlı

Yeni "Microsoft Surface Pro"da nələr var?

25 May 2017 07:51
0 Şərh     Baxış: 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təqdimatı Şanxayda ixtisaslaşmış sərgi çərçivəsində keçiriləcək "Microsoft Surface Pro" planşet kompüteri haqqında yeni məlumatlar açıqlanıb. "Surface Pro 4" planşetini əvəz edəcək universal qurğu "Windows 10 S" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki,  son vaxtadək ABŞ-ın "Microsof" korporasiyasının növbəti yeni qurğusunun "Surface Pro 5" adlanacağı ehtimal edilsə də, vitse-prezident Panos Panaya bu şayiələri təkzib edərək ictimaiyyəti başqa adla, prinsipcə, yeni qurğunun işıq üzü görəcəyinə əmin edib.

İlkin məlumata görə, söhbət tam kompüter qismində işləyə biləcək qurğudan gedir. Planşetin oyun həvəskarları üçün nəzərdə tutulmamasına baxmayaraq onun əsas funksiyalarına mətnin kompleks redaktəsi, fotoşəkilin və videomaterialların keyfiyyətli emalının daxil olması səbəbindən ofis işçi heyəti üçün əlverişli qurğu hesab edilir. "4K" formatlı videonu dəstəkləyəcək planşetdə, həmçinin elektron qələm quraşdırılacaq.

Qurğunun texniki xüsusiyyətləri barədə ətraflı məlumat, eləcə də məhsulun qiyməti hələlik sirr olaraq qalır.

"Microsoft Surface Pro" planşetinin mayın 23-də rəsmən nümayiş olunacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.