Maraqlı

"Uçan avtomobil" taksidən baha olmayacaq

25 May 2017 07:22
2 Şərh     Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ilin sonunadək sərnişin hava daşımaları xidmətini sınaqdan keçirməyə başlayacaq "Airbus" şirkətinin "uçan avtomobil"ində gediş qiyməti adi taksi ilə eyni olacaq. Layihənin direktoru Zak Loverinq deyib ki, "hava" taksisindən istifadə zamanı hər mil (1,6 km) üçün gediş qiyməti 1,5-2,5 dollar təşkil edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Airbus" şirkətinin uçan aparatı kabinində pilot olmayan avtonom uçan aparatdır. Müştərilər mobil proqramın köməyi ilə uçan avtomobili yaxınlıqda yerləşən helikopter meydançasına sifariş edə biləcəklər.

Konsern ilin sonunadək pilotsuz uçan avtomobili sınaqdan keçirmək niyyətindədir. Hazırlanmış prototipin maksimum uçuş məsafəsi təxminən 50 km təşkil edəcək. 2020-ci ilədək təqdim ediləcək yekun modeldə uçuş məsafəsi iki dəfə daha yüksək olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.