Maraqlı

Marsda kassa aparatı tapılıb? - İDDİA

23 May 2017 08:59
3 Şərh     Baxış: 2 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın "ArtAlienTV" şirkətindən olan ufoloqlar Mars planetində "Curiosity" araşdırma aparatı ilə çəkilən şəkildə köhnə kassa aparatını xatırladan sirli bir obyekt aşkar ediblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ufoloqlar yenə də iddia edirlər ki, NASA kosmik agentliyinin mütəxəssisləri insanlardan nəyisə gizlədirlər.
 
Bu dəfə konspirologiya nəzəriyyəsinin həvəskarları bildiriblər ki, NASA əməkdaşları bilərəkdən "Qırmızı planet"dən olan görüntüləri pisləşdirirlər ki, adi izləyicilər Marsın üzərində yerləşən digər gözəl əşyaları görə bilməsinlər.
 
Onların fikrincə, yeni şəkillərdə ötən əsrin 40-cı illərində mağazalarda istifadə olunan nadir kassa aparatı görünür.
 
Skeptiklər isə ufoloqların başgicəlləndirən nəticələrinə cavab olaraq bildirirlər ki, bu obyekt optik illüziya və ya görüntü qüsurudur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.