Maraqlı

Planşet bazarı 13,7 faiz azalacaq

23 May 2017 08:51
0 Şərh     Baxış: 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Digitimes Research" analitiklərinin proqnozlarına əsasən, bu rübün nəticələrinə görə dünya üzrə 35,08 milyona yaxın planşet satılacaq.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  bu, rüblük ifadədə 5,7 faiz, illik ifadədə isə 13,7 faiz azalmaya bərabər olacaq.  

"Apple" lider olaraq qalacaq və bazarın 25,4 faiz payına sahib olacaq. İkinci yerdə 15,1 faiz bazar payı ilə "Samsung" şirkəti yerləşəcək. Fəxri üçüncü yer isə "Amazon"un olacaq ki, o da bazarın 7,4 faiz payını əldə edəcək.

Sonrakı yerlərdə "Huawei" (6,6%), "Lenovo" (6,6%), "Asus" (3,3%), TCL (1,7%), "Microsoft" (1,5%) və "Acer" (1,3%) qərarlaşacaq. Ümumilikdə bütün brendlər ("Apple"dən başqa) planşet bazarının 47,3 faiz payına malik olacaqlar. Daha 27,3 faiz isə adsız məhsulların (White Box) istehsalçılarının payına düşəcək.

Ümumilikdə OEM və ODM şərtləri ilə çalışan istehsalçılar bazara 11,5 milyon ədəd planşet tədarük edəcəklər ki, bu da bir il əvvəlki nəticədən 16,1 faiz azdır. Bu həcmin 73,1 faizi "Foxconn" şirkətinin payına düşəcək. "Compal Electronics", "Pegatron", "Quanta Computer" və "Inventec" müvafiq olaraq 11,4%, 8,1%, 4,7% və 1,8% alacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.