Maraqlı

Zəif internet sağlamlığa ziyandır - ALİMLƏR

23 May 2017 08:21
1 Şərh     Baxış: 1 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarkalı alimlər qrupu müəyyən edib ki, ləng internet istifadəçilərin sağlamlığı üçün təhlükəli ola bilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, belə bir nəticəyə mütəxəssislər çoxsaylı təcrübələrin nəticələrinə əsaslanaraq gəliblər.

Araşdırmada müxtəlif yaşlı 200 nəfər insan iştirak edib. Könüllülərə bir müddət planşet, noutbuk və smartfonlarla internetdə işləmək təklif edilib. İşin gedişi zamanı mütəxəssislər hər bir iştirakçının sağlamlıq durumunu qeydə alıblar.  

Təcrübə prosesi zamanı internetin sürəti tədricən azaldılıb. Belə ki, alimlər müəyyən ediblər ki, bu fakt ürək döyüntülərinə, qan təzyiqinin artmasına, hətta baş ağrısına təsir edib.  

Beləliklə, alimlər belə nəticəyə gəliblər ki, ləng internet istifadəçilərin rifahına mənfi təsir göstərməyə qadirdir. Bununla belə, mütəxəssislərin sözlərinə görə, daimi narahatlıqlar çox pis nəticələrə gətirib çıxara bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.