Maraqlı

Slammer yenə də təhlükədir

23 May 2017 07:51
0 Şərh     Baxış: 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət nisbi sakitlikdən sonra ilk versiyaları 2003-cü ildə yaradılan "Slammer" virusu yenidən ən çox yayılmış zərərli proqramlar ailəsi siyahısına qayıdıb.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Check Point" şirkəti ekspertlərinin məlumatına görə, son bir neçə ayda "Microsoft SQL Server" serveri və "MSDE" (Microsoft Desktop Engine) məlumat bazası idarəetmə sistemi buferinin dolması boşluğundan istifadə edən virus artıq ikinci dəfədir ən çox yayılmış təhdidlər siyahısında yer alır. Oxşar vəziyyət "exploit" dəstləri sahəsində də müşahidə olunur. Tədqiqatçılar tərəfindən artıq ardıcıl ikinci aydır zərərli proqram təminatının daha əvvəlki versiyalarının qayıdışı qeydə alınır. Qeyd olunur ki, apreldə ən geniş yayılmış zərərli proqram təminatları dünya təşkilatlarının müvafiq olaraq 5 və 4,5 faizinə zərər vuran "Rig" "exploit kit"i və "Windows HackerDefender" üçün "rootkit" olub. Üçüncü yerdə "Slammer" qərarlaşıb: ondan istifadə edilməklə həyata keçirilən hücumlar nəticəsində şirkətlərin 4 faizinə ziyan dəyib.

Məlumata görə, yuxarıda qeyd edilən zərərli proqram təminatı ailələri ilə yanaşı, siyahıya "Conficker" (qurğunu məsafədən istifadə etməyə və zərərli kodu yükləməyə imkan verən virus), "Cryptowall" fırıldaqçı proqram təminatı (Tor şəbəkəsi vasitəsilə istifadəçi məlumatlarını şifrləyir və C&C serveri ilə əlaqə yaradır), "Zeus" bank troyanı, "Nivdort" (Bayrob kimi də tanınan və parolların oğurlanması və əlavə zərərli proqram təminatının yüklənməsi üçün istifadə edilən çoxməqsədli bot), "Sality" (qurbanın kompüterində məsafədən əməliyyatların yerinə yetirilməsi və əlavə zərərli proqram təminatlarının yüklənməsi üçün istifadə olunan virus), "Necurs" botneti (tərkibində əsasən fırıldaqçı proqram təminatının və bank troyanlarının olduğu spamın yayılması üçün istifadə edilir), "Gamarue" (zərərli proqramların yeni versiyalarının, o cümlədən troyan və reklam proqram təminatının yüklənməsi və quraşdırılması üçün tətbiq edilir) daxildir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.