Maraqlı

Telegram-da artıq ödənişlər etmək olar

23 May 2017 07:11
0 Şərh     Baxış: 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstifadəçilər "Telegram" messencerində istifadəyə verilmiş yeni "Bot Payments" sisteminin köməyi ilə alış-veriş və xidmətlərin haqqını ödəyə biləcəklər. Xidmətin yaradıcıları bank kartları haqda informasiyanın yadda saxlanılmayacağına dair söz veriblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Telegram" "Bot Payments" onlayn ödənişlər funksiyasını inteqrasiya edib, hazırda ABŞ-ın "Stripe" prosessinq platforması əməliyyatların əksəriyyətini dəstəkləyir. Bundan sonra dünyanın 190 ölkəsində əlçatan olan "RazorPay", "FlutterWave" və "PaymentWall" platformaları da istifadəyə veriləcək.

"Stripe - bu, yalnız başlanğıcdır. Yaxın günlərdə ödənişlər Hindistanda "RazorPay" platforması, Nigeriya, Keniya, Qana, Cənubi Afrika və Uqandada "FlutterWave" və 190 ölkədə "PaymentWall" platforması vasitəsilə əlçatan olacaq." - "Telegram" messencerinin bloqunda qeyd edilib.

Ödənişlər tərtibatçılar tərəfindən yaradılmış botlar vasitəsilə həyata keçiriləcək. Məlumata görə, messencer yalnız alıcı, onlar tərəfindən seçilmiş ödəniş sistemləri və satıcıların botları arasında kommunikasiya məsələlərini tənzimləyəcək. Beləliklə, şirkət istifadəçilərin fərdi informasiyasını toplamayacaq və ya əməliyyatlardan faiz götürməyəcək.

Pavel Durov tərəfindən təsis edilmiş "Telegram" messencerinin auditoriyası təxminən 100 milyon nəfərdir.
Həmçinin "Telegram 4.0" versiyasında videomesajların çəkilişi funksiyası təqdim edilib. Yeni funksiya istifadəçilərə həmsöhbətləri ilə videoçarxları paylaşmağa imkan verəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.