Maraqlı

Əmrahın oğlu anasına söz atan aparıcıya qəzəbləndi - FOTO

19 May 2017 13:57
1 Şərh     Baxış: 5 545

Müğənni Əmrahın qeyri-rəsmi nikahdan dünyaya gəlmiş oğlu Tayfun Ərdoğan aparıcı Seren Serengilə qəzəblənib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Serengil verilişində Tayfunun ata sevgisindən və qayğısından məhrum olmasında onun anasını günahlandırıb. Bundan qəzəblənən Tayfun İnstaqram hesabında anası ilə uşaqlıq fotosunu paylaşaraq bunları yazıb: 

"Bu qadına yaxşı baxın. Siz isti yatağınızda yatanda, atanızın aldığı sonuncu model silgilərlə oynayanda bu qadın cavanlıq səhvi ucbatından etdiyi hərəkətin arxasında durdu və övladına sahib çıxdı. Siz silgilərlə oynayanda bu qadın geyindiyi libaslardan mənə bez hazırlayırdı. Sizin pislədiyiniz bu qadın həm xəstə anasına, həm də mənə baxır, evi dolandırırdı. Özünü tanımayan insanlar anama söz atanda 10 dəfə düşünməlidir və əvvəlcə öz həyatınıza baxın. "İnsanın fikri nədirsə, zikri də odur" deyimi var. Belə düşündüyünüzə görə həyatınız mənfəət münasibətləri üzərində qurulub!". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ema · 19 May 15:0640

    Tayfun əla cavabln super verdin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.