Maraqlı

"Məndə mal çoxdur, niyə dərd edirlər?"

19 May 2017 11:22
0 Şərh     Baxış: 1 354

Həyat yoldaşı Ceyda Sabahdan boşanan müğənni-bəstəkar Coşkun Sabah xanımına təzminat kimi 4 ev, 1 mağaza, 2,2 milyon lirə pul (1,1 milyon manat) verməli olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni boşanması ilə bağlı ilk dəfə mediaya danışıb. O deyib ki, həyat yoldaşından qarşılıqlı razılaşma əsasında boşanıb: 

"Məhkəmə "sən günahkarsan, al bu da cəzan" demədi. Təzminat mənim ürəyimdən gələn idi, öz istəyimlə verirəm. Bu günədək, çox şükür, qazancım yaxşı olub. "Pulu necə ödəyəcəksən?" deyə soruşurlar. Amma məndə mal çoxdur, niyə dərd edirlər ki? Bir ev, bir mağaza satıb pulu ödəyəcəyəm. Dediyim kimi, ürəyimdən gəldi, heç bir problem yoxdur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.