Maraqlı

Mafiya üçün lüks həbsxana kameraları - FOTO

19 May 2017 10:45
0 Şərh     Baxış: 1 374

52  düymlük ekranı olan televizor, kompüter oyunları, kismerlər, rahat çarpayılar, soyuducu, kondisiner və "Kamasutra" adlı güzgülü otaq.

"Kamasutra" adlı otağa çevrilmiş kamera cinayətkarların yanlarına görüş alaraq gələn arvadları ilə bir araya gəlmələri üçün nəzərdə tutulmuşdu.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, bütün bunlar Hondurasın paytaxtı Tequsiqaopanın yaxınlığındakı Tamara şəhərindəki "Marko Aurelio Soto" həbsxanasında "Mara Salvatruça 13" (MS-13) mütəşəkkil cinayətkar qruplaşmasının üzvləri üçün yaradılmış şərait idi.

Tamara şəhərindəki həbsxanada MS-13-ün 773 mənsubu cəza çəkirdi. Onların kameralarındakı lüks şəraitlə bağlı fotolar sosial şəbəkələrdə yayılandan sonra qalmaqal qopub. Hondurasın DİN-i araşdırmalara başlayıb və həbsxanadakı MS-13 mənsublarının hamısı ölkənin qərbindəki El Parasio vilayətinə, La Tova şəhərindəki "El Pozo 2" həbsxanasına köçürülüb.

Cənubi, Mərkəzi və Şimali Amerikalarda MS-13 ilə "Barrio 18" mafiya təşkilatları arasında amansız qarşıdurma var. Bu qarşıdurma kriminogen baxımdan dünyanın ən təhlükəli ölkələrindən biri sayılan Hondurasda xüsusilə amansız və qanlıdır.

MS-13 və "Barrio 18" qruplaşmaları təqribən 20 il əvvəl ABŞ-ın Los-Anceles şəhərində, əslən Salvadordan olan miqrantlar tərəfindən yaradılıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.