Maraqlı

“WannaCry” 74 ölkənin sistemini iflic edib

20 May 2017 07:51
0 Şərh     Baxış: 368

"Kasperski Laboratoriyası"nın əməkdaşları kibercinayətkarların genişmiqyaslı hücumu ilə bağlı öz fikirlərini bildiriblər. Xatırladaq ki, hakerlər mayın 12-də dünyanın 74 ölkəsində sistemlərə müdaxilə məqsədilə "WannaCry" virusundan istifadə ediblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlər bildiriblər ki, hakerlər kompüterlərə müdaxilə üçün "Security Bulletin MS17-010" sistemində aşkar edilmiş boşluqdan istifadə ediblər. Sistemi müdafiə etmək üçün "Microsoft" tərəfindən buraxılmış yeniləmə paketindən istifadə etmək lazım idi. Kompüterlərə giriş əldə edən kibercinayətkarlar faylları blokdan çıxarmaq üçün pul tələb ediblər. İstifadəçidən pulu izlənməyən bitkoin hesaba köçürmək tələb edilib, əks təqdirdə istifadəçinin kompüterində saxlanılan bütün informasiya silinir.

Genişmiqyaslı hücum nəticəsində Böyük Britaniyada tibb müəssisələrinə böyük zərər dəyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.