Maraqlı

Əl boyda uşaq əməliyyat olundu - FOTO

18 May 2017 11:24
5 Şərh     Baxış: 2 210
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda dünyanın bəlkə də ən unikal, misilsiz cərrahiyyə əməliyyatı gerçəkləşdirilib. Anasının hamiləliyin 28-ci həftəsində, vaxtından əvvəl doğduğu oğlanın çəkisi cəmi 450 qramdır.

Uşaq Hindistanın Racastan ştatındakı Udaypur şəhərində doğulub.

Onda "Patent ductus arteriosus"  (PDA) sindromu vardı.

Milli.Az Hindustan Times-ə istinadən bildirir ki, gözləri, ağciyərləri və dərisi normal inkişaf etməmiş bu uşaqda anadangəlmə ürək çatışmazlığı vardı.

Həkimlər körpəni ölümdən xilas etmək üçün onun ürəyində əməliyyat aparmağa qərara gəliblər.

Lakin körpə əl boyda olduğundan hospitalın intensiv terapiya bölməsində aparılan əməliyyatda xüsusi, miniatür avadanlıqdan istifadə olunub.

Əməliyyat Eklinqpura şəhərindəki "Geetanjali Medical College & Hospital"da keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.