Maraqlı

Turistləri sevməyən məşhur şəhərlərin SİYAHISI

17 May 2017 20:56
0 Şərh     Baxış: 1 105

Böyük Britaniyanın "The Independent" qəzeti dünyanın turistlərə qarşı xoş münasibət göstərilməyən 8 bölgəsini müəyyən edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ən "turist sevməz" bölgə ABŞ-da Texas ştatının Arlinqton şəhəri hesab olunub.

İlk üçlükdə İtaliyanın Çinkue Terre milli parkı və Yunanıstanın Santorini adası qərarlaşıb. Bu bölgələrdə sakinlər həddən çox turistin gəlməsindən şikayətlənir.

Bundan başqa, siyahıya Yaponiyanın isti su hövzələri bölgəsi, Amsterdam, Barselona, Butan və Tailandın Ko-Kay adası daxil edilib.

"The Independent" qəzeti reytinqin hansı meyarlar əsasında tərtib olunduğunu açıqlamayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.