Maraqlı

Burada insan əməyinə ehtiyac yoxdur - SUPERMÜASİR AVTOPARK - FOTO

24 May 2017 23:31
0 Şərh     Baxış: 1 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın ən böyük avtomobil istehsalçılarından olan "Volkswagen"in Volsburqdakı zavodu zaman keçdikcə yeni maşınları saxlamaq üçün problemlər yaşamağa başladı.

Çox keçmədi ki, bu problem həllini tapdı və ortaya çıxan nəticədən heyrətlənməmək mümkün deyil.

60 metr hündürlüyə malik iki qüllə zavoda 700 metr uzunluğundakı yeraltı tunellə bağlıdır. Milli.Az bildirir ki, yeni istehsal olunan avtomobillər məhz burada saxlanılır.
Maşınlar avtomat cihaz vasitəsi ilə tunelin bir ucundan götürülür və lazım olan yerlərə çatdırılır.

Bu avtoparkda çalışan insan tapmaq demək olar mümkünsüzdür.

Ziyarətçilər arzuladığı təqdirdə balaca şüşə kabinədə müşahidə gəzintisinə çıxa bilər. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.