Maraqlı

Ekzoskelet yaşlılalır yıxılmalardan xilas edəcək - VİDEO

18 May 2017 08:01
0 Şərh     Baxış: 362

Lozanna Federal Politexnik Məktəbindən olan alimlər qrupu tərəfindən hazırlanmış yüngül ekzoskelet yaşlı insanları təsadüfi yıxılmalardan qoruyacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yaşlı insanlar müxtəlif səbəblərdən hərəkət etməkdə çətinlik çəkə bilərlər. Məsələn, yaşlı insanın ayağı büdrəyə və o, yıxılaraq güclü zədə ala, yaxud ayağı sına bilər.

"APO" adlandırılmış ekzoskelet belə təsadüfi yıxılmaların qarşısını almaq qabiliyyətinə malikdir və üç əsas elementdən hazırlanıb: qayış və iki yan bərkitmə. Yan bərkitmələr servomühərriklərin köməyi ilə hərəkətə gətirilən dartı qüvvəsi ilə qayışa birləşdirilib. Adi yeriş zamanı ekzoskelet işləmir, amma sistem ekzoskelet sahibinin büdrədiyini və ya öz tarazlığını itirdiyini aşkar edən kimi ekzoskelet omba və çanaq sümüyünü aktiv dəstəkləyəcək ki, bu da yıxılmanın qarşısını alacaq.

"APO" ekzoskeletinin yaradıcıları qurğunun prototipini yaşlı 10 könüllü üzərində sınaqdan keçiriblər. Sınaq zamanı iştirakçılar qaçış cığırında hərəkət ediblər və büdrəmə yaratmaq üçün arabir qaçış cığırının bir layı aralanıb, amma ekzoskeletin işləməsi sayəsində könüllülərdən heç kim yıxılmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Ekzoskelet yaşlıları yıxılmalardan xilas edəcək

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.