Maraqlı

Cennifer Lopes təqdimata dekoltedə qatıldı - FOTO

16 May 2017 13:42
3 Şərh     Baxış: 1 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopes NBC telekanalının keçirdiyi qala-təqdimat gecəsinə qatılıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, Nyu-Yorkda təşkil olunmuş "NBC Upfronts" qalasına 47 yaşlı "Cey Lo" dərin dekolteli paltarda yollanmışdı.

Telekanalda nümayiş olunan "Shades Of Blue" teleserialının ulduzu, "World Of Dance" rəqs müsabiqəsinin münsiflər heyətinin üzvünü yeni sevgilisi Aleks Rodriges müşayiət edirdi.

Mərasimə yollanmazdan əvvəl C.Lopes əkiz övladları, 9 yaşlı Maks və Emme ilə fotolar çəkdirərək İnstagram-dakı profilində paylaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.