Maraqlı

Arxeoloqlar gördüklərinə inanmadılar - FOTO

15 May 2017 22:43
0 Şərh     Baxış: 2 161

Çinin Jiangxi əyalətində aparılan arxeoloji qazıntılar nəticəsində Hun imperatorunun məzarı tapılıb. Məzarı açan mütəxəssislər gördükləri mənzərə qarşısında mat qalıblar.

Milli.Az xəbər verir ki, Çinin Jiangxi əyalətində aparılan arxeoloji qazıntılar zamanı tapılan məzarın içərisindən çıxanlar insanları dəhşətə gətirib. Qızıl, zümrüd və başqa bir sıra dəyərli zinət əşyaları, qiymətli metallarla dolu olan məzar qədim ənənələrə uyğun şəkildə dəfn olunub.
Tapılan əşyaları incələyən çinli arxeoloqlar əşyaların 2 min illik tarixi olan kral xəzinəsi olduğunu bildiriblər.
Məzarın içərisində tapılan qızıl pullar, məişət əşyaları, sikkələr, külçə qızıllar, boyunbağılar məzarın Hun dövründə hakimiyyətdə olmuş krallardan birinə məxsus olduğunu isbat edir.
Tapılan məişət əşyalarının, hətta boşqabların belə qızıldan olduğu deyilib. Qızıldan hazırlanan əşyalarla yanaşı, məzarda gümüş və dəmir materialdan hazırlanan əşyalar da olub.
Jiangxi əyalətində qazıntılar aparılan ərazidə hökumət tərəfindən 7 kilometrlik park salınacaq. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.