Maraqlı

Tonal kremi özünüz hazırlayın - ASAN ÜSUL

22 May 2017 22:40
2 Şərh     Baxış: 5 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox qadın tonal kremdən istifadə edir. Lakin xanımların ən böyük qorxusu bu kosmetik vasitənin dəriyə zərər verməsi və müxtəlif allergik reaksiyalar yaratmasıdır. Elə isə tonal kreminizi özünüz hazırlayın. Milli.Az Ailem.az-a istinadən bunun üsulunu təqdim edir.

Vəsaitlər:
 
- Mineral su
- Bal şanı
- Qida boyası
- Allantoin
- Zeytun yağı
 
Hazırlanması:
 
50 qram mineral suyu yaxşıca qaynadın. İçərisinə bir yemək qaşığı allantoin maddəsi əlavə edin. Sonra bal şanını qatın və qarışdırın. Daha sonra istədiyiniz rəngdə narıncı və ya çəhrayı qida boyasını qarışığın içərisinə atın. Bir miqdar zeytun yağı əlavə edib yenidən qarışdırın və qarışığı şüşə qabın içərisinə tökün. Tonlaşdırıcı kreminiz hazırdır, istədiyiniz vaxtda istifadə edə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.