Maraqlı

Ərəb şeyxi atına “Ərdoğan” adını verdi

29 Aprel 2017 19:24
1 Şərh     Baxış: 2 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətər şeyxi, Al Sani sülaləsinin 7-ci əmiri Təmim bin Həməd Al Sani 4 milyon türk lirəsinə satın aldığı atına "Ərdoğan" adını qoyub.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Qətər şeyxi sözügedən atı "2015 Tattersalls" beynəlxalq at satışı zamanı alıb.
Cins atlara yatırım qoymaqla tanınan Təmim bin Həməd Al Sani "Ərdoğan" adı verdiyi atı da öz atları sırasına daxil edib.
Məlumata görə, "Ərdoğan" adlı erkək at "Frankel" adlı atın balasıdır. Sözügedən atın anası isə "Dar re mi" adını daşıyır və "Dubai Sheema Classic" yarışlarının qalibi olub.
"Ərdoğan" adlı atı da indiyədək keçən at olmayıb.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.