Maraqlı

Aktyor həbs olundu, serialın çəkilişləri dayandı - FOTO

29 Aprel 2017 12:48
0 Şərh     Baxış: 1 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Səlim Ərdoğan Mərmərədə qaldığı evdə aparılan əməliyyat zamanı tapılan narkotik maddəyə görə həbs olunmuşdu.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor "İçerde" serialında çəkildikdən sonra "Məryəm" adlı yeni başlayacaq serial üçün kamera qarşısına keçibmiş. Martda çəkilişləri başlayan ekran işinin ilk 4 seriyası artıq hazır imiş.

Əsas rollardan birini canlandıran S.Ərdoğanın həbsindən sonra çəkilən seriyalar ziyan olub. Hər seriya üçün 7 min lirə alan aktyorun tərəf müqabilləri Furkan Andıç, Ayça Ayşin Turan, Serenay Aktaş Açelya Topaloğlu imiş.

Bir müddətlik fasilədən sonra çəkilişləri yenidən başlayan seriala görə şirkət 300 min lirə ziyana düşüb.

Qeyd edək ki, S.Erdoğan ata olduğunu da ötən ay öyrənibmiş internetdən tanıdığı bir qadınla birgə olan aktyor DNT testi etdirib və körpənin onun qızı olduğunu öyrənib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.