Maraqlı

Limon dənələrini atmayın, əkin - FOTO İZAH

28 Aprel 2017 23:48
10 Şərh     Baxış: 5 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox insan evində limon ağacı yetişdirmək istəyir. Lakin çoxları bunun asan olmadığını düşünür. Demək ki, siz limon dənəsindən yenidən limon yetişdirməyin mümkün olduğunu bilmirsiniz. Milli.Az Ailem.az-a istinadən limon dənəsindən limon yetişdirməyin yolları ilə sizi tanış edir.

1-ci addım. Əvvəlcə limonları dilimlərə bölün. Dənələrə zərər vermədən içərisindən çıxarın.

2-ci addım. Çıxardığınız dənəni salfetlə yaxşıca qurulayın.

3-cü addım. Dənələrin üzərindəki ağ pərdəni soyun.

4-cü addım. Bez və ya salfet parçasını suyla yaxşıca isladın.

5-ci addım. Soyduğunuz dənələri bir-birindən aralı şəkildə salfetə düzün və dördbucaq formada qatlayın. Üzərini təkrar isladın.

6-cı addım. İçərisində limon dənələri olan salfeti 4 həftə ağzı bağlı sellofan torbada saxlayın. 4 həftə sonra açanda dənələrin cücərdiyini görəcəksiniz.

7-ci addım. Cücərmiş dənələri torpaq dolu dibçəyə əkin və sulayın. 

2 aydan sonra cücərdiyini görəcəksiniz!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.