Maraqlı

Qısqanc qadın ona xəyanət edən ərini kişilikdən məhrum etdi - FOTO

29 Aprel 2017 04:04
17 Şərh     Baxış: 15 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərinin cinsiyyət orqanını qayçı ilə kəsən qısqanc qadın həbs edilib.

Milli.Az "The Sun"a istinadla bildirir ki, 32 yaşlı Liezel Betitta əmin idi ki, əri Mark dostunun arvadı ilə Flippinin İloilo şəhərindəki iş yerində intim münasibətdə olub.

Mark dostları ilə birlikdə içki içdikdən sonra qadının evində yuxuya gedib. O, səhər dəhşətli ağrı ilə oyanıb. Mark ayılanda görüb ki, əlində qayçı olan həyat yoldaşı onun cinsiyyət orqanını kəsmək istəyir. Ona mane ola bilməyən Mark kişilikdən məhrum olub.

Hadisə yerindən qaçan qadın qısa zamanda tutulub. O, ifadəsində bildirib ki, qətiyyən peşman deyil.

O, deyib: "Mən bu hərəkəti etdiyimə görə peşman deyiləm. Bu şorgözlük edən kişilərin cəzasıdır.  Mən etdiyimə görə cəzamı çəkməyə hazıram. Onu tənbehləməkdən bezmişdim artıq. Son zamanlar özünə yeni sevgililər tapırdı".

Qeyd edək ki, dostları tərəfindən təcili xəstəxanaya çatdırılan Markın cinsiyyət orqanı yenidən tikilib. Lakin, hazırda vəziyyəti normal olan Mark bir daha cinsi əlaqədə ola bilməyəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.