Maraqlı

Günayın keçmiş əri saxlanıldı - FOTO

27 Aprel 2017 23:29
1 Şərh     Baxış: 2 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Tolqa Karel göz altına alınıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir müddətdir ABŞ-da yaşayan aktyor bu gün Çikaqodan İstanbula qayıdarkən Atatürk hava limanında saxlanılıb.

Pasportu yoxlanılan Tolqanın bir il əvvəl baş verən davada şahid qismində ifadə vermədiyi məlum olub. Ondan məhkəməyə gəlmək tələb olunsa da, lakin Karel prosesdə iştirak etməyib.

Jurnalistlərə açıqlama verən aktyor heç bir problemin olmadığını, ölkə xaricində olduğu üçün ifadə verə bilmədiyini bildirib: "İfadəmi almaq üçün məhkəməyə aparırlar".

Qeyd edək ki, Tolqanın azəbaycanlı model Günay Musayevadan Cihangir adlı bir övladı var. Karel və Musayeva 2015-ci ildə boşanıb.

2016-cı ildə ABŞ-da Sarah Skottla evlənən Karelin bir həftə əvvəl daha bir övladı olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.