Maraqlı

Telefonu naqilsiz enerji ilə təmin edən bel çantası

29 Aprel 2017 20:15
0 Şərh     Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Knomo, bir çantadan gözlədiyiniz bütün ehtiyacları qarşılayıb naqilsiz şarj xüsusiyyəti ilə də seçilən bir bel çantasıdır.

Bel çantası, şəhər həyatı içində daimi olaraq məkan dəyişdirərkən və ya ev ilə ofis arasında gedib-gələrkən artıq ayrıla bilmədiyimiz bir parçamız olub. Anlıq olaraq ehtiyacımız ola biləcək şeylər artarkən texnoloji aksessuarlar da bir ağırlıq və məcburiyyət olaraq bel çantası ilə yaşamağı məcburi hala gətirir.

Milli.Az technote.az-a istinadən bildirir ki, Kickstarterdə dəstək toplayan Knomo-nun #LiveFree Backpack-ı hər gün hər saat istifadə edə biləcəyimiz bir təchizata sahib bel çantasıdır. Naqilsiz şarj xüsusiyyəti ilə irəli çıxan LiveFree Backpack ilə telefonunuzu sadəcə çantaya ataraq enerji ilə təmin edə bilirsiniz. Əgər iPhone 6 və üst model bir telefona sahibsinizsə də əlavə olaraq telefonunuza taxacağınız keys ilə də cihazınızı enerji ilə təmin edə bilirsiniz.

 

LiveFree Backpack-in naqilsiz şarja əlavə olaraq GPS xüsusiyyəti də mövcuddur. Beləcə son unutduğunuz yeri mobil tətbiq üzərindən görə bilirsiniz. Ancaq telefonunuzu şarj edərkən çantanızı unutsanız nələr ola biləcəyi kimi maraqlı bir sual da yaranır.

Su keçirməyən parçası ilə hər hava şəraitində işinizə yarayacaq bel çantası yan, çarpaz və ön cibləri ilə əşyaları yerləşdirmək üçün rahat imkanlar təklif edir. Çantanın içində isə dəftərdən qələmə, yerində və yığcam olaraq saxlamaq istədiyiniz hər əşya üçün ayrı bir sahə mövcuddur.

Kickstarterdə dəstək toplamağa davam edən Knomo, 12 illik bir işin nəticəsi olaraq həyata keçib. 50 min sterlinq hədəfinə çatan layihə 12 gün ərzində daha çox dəstək və ilkin sifariş toplamağa davam edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.