Maraqlı

Call of Duty: WWII oyununun ilk traileri - VİDEO

29 Aprel 2017 19:15
0 Şərh     Baxış: 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Activision" şirkəti məşhur oyun seriyasının yeni hissəsi olan Call of Duty: WWII oyununun ilk trailerini təqdim etdi.

Milli.Az technote.az-a istinadən bildirir ki, studiya bu oyun üzərində 2 il vaxt sərf edib. Oyunçular yeni oyunda yenidən İkinci Dünya Müharibəsinə qayıdacaqlar. Baş qəhrəmanlar isə amansız müharibənin fonunda olan adi insanlardır. Onlar əsgər olaraq sülh və azadlıq uğrunda mübarizə aparacaqlar. Qeyd etmək lazımdır ki, yeni oyunda ənənəvi zombi rejim də olacaq. Gələcəkdə cərəyan edən müharibələrdən bezmiş oyunçular yeni oyunda çoxdan bəri gözlədikləri və real şəkildə görünəcək amansız müharibədə iştirak edəcəklər. Onları İkinci Dünya Müharibəsinin ən amansız döyüşləri gözləyir. Call of Duty: WWII oyunu 3 Noyabr 2017-ci il tarixində PC, Xbox One və PS4 üçün satışa çıxacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.