Maraqlı

Galaxy S8+-in ekranının dəyişilməsi neçəyə başa gələcək?

29 Aprel 2017 08:55
0 Şərh     Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz artıq Galaxy S8 ilə S8+ modellərinin təmirinin keçən ilki modellərdən fərqli olaraq daha asan olduğu barədə xəbər vermişdik.

Milli.Az technote.az-a istinadən bildirir ki, "Samsung" şirkətinin yeni smartfonları, yüksək performanslı cihazlar arasında bahalılar siyahısındadır. Beləliklə də onların təmiri olduqca baha başa gələ bilər. Bugün məlum olub ki, rəsmi servis mərkəzində zədələnmiş Galaxy S8+ ekranının dəyişilməsi 250 avroya başa gələcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy S7 Edge modelinin ekranının dəyişilməsi 200 avroya başa gəlirdi. Nəzərinizə çatdıraq ki, bu yaxınlarda iFixit portalının mütəxəssisləri Galaxy S8 ilə S8+ modellərinin təmir olunma mümkünlüyünü yoxlamışdılar. Nəticə etibarı ilə onlar belə qənaətə gəlmişdilər ki, yeni modellər, keçən ilki Galaxy S7 və S7 Edge modellərindən fərqli olaraq daha asan şəkildə təmir olunurlar. 10 ballıq xal sistemi üzrə yeni smartfonlar 4 xal almışdılar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.