Maraqlı

Yeni Core M3 prosessoru təqdim olundu

29 Aprel 2017 07:33
0 Şərh     Baxış: 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Intel" korporasiyası "Kaby Lake" arxitekturasında işləyən "Core M3" prosessorunu yeniləyib. Yeni çip "Core M3-7Y32" adlandırılıb. Bu, ötənilki "Core M3-7Y30" həllinin daha güclü versiyasıdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni "Core M3" prosessoru 14 nanometrlik texnologiya üzrə hazırlanır, iki hesablama nüvəsinə malikdir, "LPDDR3-1866" və "DDR3L-1600" yaddaşını dəstəkləyir. Qrafikanın emalı üçün 900 MHs-dək (əvvəlki versiyada bu göstərici 615 idi) takt tezliyində işləyən daxili "GPU Intel HD Graphics 615" kartı nəzərdə tutulub.

Prosessor 4,5 vatt gücündə istilik enerjisi (TDP) ayırır. İstehsalçının məlumatına görə, enerji effektivliyinin artırılması məqsədi ilə bu göstərici 3,75 vattadək azaldıla bilər.

Xatırladaq ki, "Core M3" prosessorlar seriyası adətən ventilyatorsuz qurğular və enerji cəhətdən səmərəli yığcam kompüterlərdə tətbiq edilir. Prosessorun qiyməti 281 dollardır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.