Maraqlı

"Bəyaz şou"da qalmaqal yaradan qadının məhkəməsi oldu - 1 il 3 ay həbs

27 Aprel 2017 14:15
0 Şərh     Baxış: 1 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il "Bəyaz Şou"ya zəng vuraraq qalmaqala səbəb olan Ayşə müəllimə həbs edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, canlı efirə bağlanaraq ölkənin cənub şərqində baş verən hərbi əməliyyatlara diqqət çəkmiş və ordunu silahsız insanlara qarşı zor tətbiq etməkdə ittiham etmişdi. Bunun ardından qadın haqqında "Terror təşkilatını müdafiə etmək" ittihamı ilə cinayət işi açılmış, aparıcı Bəyazit Öztürk isə tamaşaçılardan üzr istəmiş, həmin an özünü itirdiyini demişdi.

Bundan sonra 38 nəfər "Hamımız Ayşə müəlliməyik" kampaniyası ilə qadını müdafiə etməyə başlamışdı. Prokurorluq həmin adamlar haqqında "terror təşkilatını təbliğat" ittihamı ilə cinayət işi açıb.

Məhkəmədə həmin şəxslər ifadə verərək "Biz Ayşe Çelikin fəryadına sahib çıxdıq. Çünki sözlərinin yaşadığı, gördüyü, şahidi olduğu kədərləri əks etdirdiyini bilirdik. Onun sözlərində hər hansı bir təşkilatın təbliğatı yoxdur. Həqiqətin ifadəsi idi. Biz də bu səsə qatıldıq" deyiblər.

Məhkəmə A.Çelik haqqında 1 il 3 ay həbs cəzası qərarı çıxarıb. Lakin qərarın icrası müttəhimin heç bir cinayət törətməyəcəyi təqdirdə təxirə salınıb. Digər 38 nəfər də məhkəmədən bəraət alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.