Maraqlı

Elektronika ərlə arvadı barışdıracaq

27 Aprel 2017 08:31
1 Şərh     Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Kaliforniya Universiteti ailədə münaqişə olacağını proqnozlaşdıran daşınan sensorlar üzərində işləyir. Smartfon sensorlardan toplanmış informasiyanı təhlil etdikdən sonra mümkün münaqişə və onun həlləri barəsində məlumat verir. Laboratoriya şəraitində sınaqdan keçirilən layihənin yaradıcıları könüllülərə sual veriblər. Hər bir iştirakçı sualları cavablandırıb və anonim şəkildə problemlər haqda danışıb və bunun sayəsində tədqiqatçılar xeyli informasiya toplayıblar.

"Biz sensorlardan bioloji siqnalları (bu, informasiya mənbəyidir) toplayırıq" - tədqiqatın həmmüəllifi Teodor Çaspari deyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sensorlar bədənin hərarətini, nəbzi və tərləməni müəyyənləşdirib. Daşınan qurğu iştirakçıların danışıqlarını yazıb, müsahibənin sayını və məzmununu müəyyənləşdirib. Toplanılmış məlumatlar əsasında süni intellekt 86% ehtimalla münaqişəli vəziyyətləri düzgün təyin edib.

İstehsalçılar, həmçinin mübahisənin başlanmasından 5 dəqiqə öncə onun qarşısını almaq üsullarının axtarışı üçün alqoritmdən istifadə edirlər. Nəzəri cəhətdən zəruri proqram təminatını kommersiya tipli daşınan elektronikaya inteqrasiya etmək olar, amma alimlər bunu çətin tapşırıq  hesab edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.