Maraqlı

“Yandeks” onlayn tibbi xidmətlər göstərəcək

25 Aprel 2017 08:11
1 Şərh     Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yandeks" korporasiyası istifadəçilərin uşaq mütəxəssisi və ya pediatrla onlayn rejimdə məsləhətləşə biləcəyi yeni layihəsini işə salıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hələlik əlavə test rejimində çalışır.

24 saat ərzində internet doktor video əlaqə ilə qəbul keçirəcək və ya çat vasitəsilə məsləhətlərini verə biləcək. Belə xidmət 499 rubla və ya 15 manata başa gələcək. Tərtibatçıların əsas məqsədi ondan ibarətdir ki, insanlar özünü müalicə etməkdən imtina etsinlər. Çünki bu, bir çox hallarda onların sağlamlığına zərərli təsir göstərir. Əgər problem yaranıbsa, həkimlə dərhal məsləhətləşmə tələb olunursa, "Yandeks" mehribanlıqla onu təmin edəcək.

Şirkət nümayəndələri iddia edir ki, mütəxəssislər yüksək təcrübəlidirlər və mütəmadi olaraq yoxlamalardan keçirlər. Artıq onların köməyi ilə arzu edən şəxslər analizləri aydınlaşdıra, yaxud bu və digər xəstəliklərin əlamətlərini öyrənə biləcəklər. Mobil əlavələr vasitəsilə istifadəçilər paytaxtın özəl klinikalarında qəbullara yazıla biləcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.