Maraqlı

Arvadından 25 yaş balacadır... - Prezidentliyə namizədin sevgi hekayəsi

23 Aprel 2017 18:09
9 Şərh     Baxış: 2 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Fransada prezident seçkilərinin ilk turu keçirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, seçkinin ən diqqət çəkən namizədlərindən biri olan Emmanuel Makron tez-tez xanımı ilə də gündəmə gəlir.

Belə ki, o, həyat yoldaşından nə az, nə çox 25 yaş kiçikdir. Onların sevgi tarixi də xüsusi diqqət çəkir. Emmanuel 17 yaşında müəlliməsinə (hazırkı həyat yoldaşı) aşiq olub. Müəlliməsi Brigitte Trüno isə həmin vaxt evli idi. Gənc namizəd illər keçsə də, sevgisi uğrunda mübarizəsini davam etdirib. Və o, evlənmək üçün müəlliməsinin boşanmasını gözləyib.

Nəhayət, 2007-ci ildə cütlük nikah bağlayır.

Brigitte Trogneux isə Makronun ona olan sevgisini bu sözlərlə ifadə edib: "Dedi ki, nə edirsən et, səninlə evlənəcəyəm".

Hazırda Fransada prezident postuna ən real namizədin 39, həyat yoldaşının isə 64 yaşı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.