Maraqlı

Kişi ovuna çıxan qadınlar üçün qəribə icadlar - FOTO

22 Aprel 2017 23:22
10 Şərh     Baxış: 4 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xanımlar hələ Kleopatranın dövründən qaşlarını, kirpiklərini rəngləyir, gözəl görünmək üçün qəribə, hətta təhlükəli üsullara əl atırdı. Eyni zamanda bədənindəki qüsurları gizlətmək üçün müxtəlif geyimlərdən istifadə edirdilər. Məsələn, sinələrini korsetlərin köməyi ilə daha böyük göstərə bilir və bellərini də onunla incələdərdilər.
Milli.Az publika.az-a istinadən bildirir ki, indi gözəllik sənayesi mövqeyini təhvil verməyə hazırlaşmır, əksinə tempi artırır. Düzdür, üsullar artıq daha asan və əlverişlidir, ən əsası isə hər şey tamamilə təbii görünür. Qızlar süni vasitələrin köməyi ilə özünü cazibədar göstərərək kişiləri elə tora salır ki, heç ruhları da incimir.
Bu gün əməliyyat etdirə bilməyən qızların böyük hissəsi sinəsini və ombalarını "push-up" adlanan alt paltarlarının sayəsində daha böyük göstərməyə çalışır. Alt paltarı markaları bunun üçün xüsusi modellər hazırlayır.
Lakin kişilərin də qadınlardan geri qaldığını demək olmaz. Oğlanlar da "eyni silahlardan" asanlıqla istifadə edə bilərlər. Belə ki, bədənlərinin əzələli görünməsi üçün xüsusi bandajlar taxırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.