Maraqlı

Bəşəriyyətin inkişaf səbəbi tapıldı - sensasiyalı kəşf - VİDEO - FOTO

22 Aprel 2017 13:17
4 Şərh     Baxış: 6 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şotlandiyanın Edinburq Universitetinin alimləri Türkiyədəki Şanlıurfa şəhərindən 8 km aralıda yerləşən Göbəkli Təpə məbəd kompleksində aparılmış tədqiqatın sensasiyalı nəticələrini açıqlayıblar.

Milli.Az ABC-yə istinadən bildirir ki, alimlərin fikrincə, dünyanın ən qədim məbədi sayılan bu məkandakı sal daşlardan birində 13 min il əvvəl Yerin asteroidlə toqquşmasından bəhs olunub.

Hesabatda bildirilir ki, Yerdə kiçik buz dövrü başlananda planetimizlə toqquşmuş kometalar qrupu bu daşda əks olunub.

Həmin toqquşma mamontların qırılmasına səbəb olmaqla bahəm, bəşəriyyətin inkişafına təkan verib.

Yerə asteroidlər düşməsi ilə bağlı versiyalar indiyədək yetərincə sübutlar olmadığından ekspertlər tərəfindən rədd edilirdi.

Şotland alimlər kompüter proqramından istifadə ediblər. Bəlli olub ki, sal daşın üzərində əks olunmuş hadisələr 13 min il əvvəl baş verib.

Məhz həmin dövr əkinçiliyin inkişafında mühüm mərhələ, neolit dövründəki qədim sivilizasiyaların yarandığı dövr olub.

Alimlər hesab edirlər ki, Yerə asteroidlərin düşməsi nəticəsində qlobal iqlim dəyişikliyi olub və həmin zamanadək qədər dənli bitkiləri əkib-becərməyə imkan verməyən havalar dəyişib.

"İndi baş verənlər uzunmüddətli dəyişikliklərin nəticəsidir. Ehtimallarımızın sübutlarını axtarırıq", - professor Martin Svitmen deyib. Onun fikrincə, qədim dövrlərdə Göbəkli Təpədə insanların kosmosu müşahidə etdikləri rəsədxana olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Bəşəriyyətin inkişaf səbəbi tapıldı - sensasiyalı kəşf

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.