Maraqlı

Facebook, olduqca real kamera effektlərini təqdim etdi

22 Aprel 2017 08:45
0 Şərh     Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Facebook istifadəçilərə yeniliklər təqdim etməyə davam edir. Son zamanlarda təqdim etdiyi yeniliklərə görə olduqca müzakirə mövzusu olan məşhur sosial media platforması Facebook, xatırlayacağınız kimi ötən həftələrdə hekayələr xüsusiyyətini aktiv etmişdi.

F8 Konfrasınıdan sonra istifadəçilərinə təqdim etdiyi real kamera effektləri sayəsində əyləncəli dəqiqələr yaşadacaq.

Yeni əlavə olunacaq bir çox yeni efektin yanında, reallığı artırılmış efektlər ilə də olduqca maraqlı görüntülər ortaya çıxara biləcəksiniz.

Milli.Az technote.az-a istinadən bildirir ki, yeni AR platforması ilə Snapchat-in qarşısına fərqli bir şəkildə çıxacaq olan Facebook bu platformasını beta olaraq test etməyə başladı. Rəqabəti gücləndirəcək olan məşhur sosial media platforması rəqibini fərqli nöqtələrdən vurmağı planlaşdırır.

Kameranızın funksionallığını artıracak olan bu platforma, yeni efektləriylə əyləncəli dəqiqələr yaşamağınızın yanında sizə köməkçi olmağı da hədəfləyir. Yeni platforma sayəsində fotoşəkillərə ətraflı məkan və tarixini daxil edə bilər, şəkilinizə digital obyekt qoya bilər və ya bu obyekti özünüz redaktə edə bilərsiniz.

İşin əyləncə qisimindən bəhs edəcək olsaq bu inkişaf etmiş kamera effekti sayəsində, cansız obyektlər üzərində dəyişikliklər edə biləcəksiniz. Bəzi xüsusiyyətlərə sahib olan bu platforma ilə, qəhvə fincanına üzən köpək balıqları və ya buxar effekti verə biləcəksiniz.

Daha çox maraqlı yeniliklərlə qarşımıza çıxacaq olan Facebook, olduqca iddialı yeniliklərlə gəlir. Son olaraq isə, edilən açıqlama ilə birlikdə AR Studio developerləri əlavə olaraq Facebook Live üçün də bu effektləri elavə ediləcəyini ifadə etdilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.