Maraqlı

Dörd ilə insan beyni kompüterlə əlaqələndiriləcək

22 Aprel 2017 08:35
0 Şərh     Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Tesla" və "SpaceX" özəl şirkətlərinin yaradıcısı, məşhur ixtiraçı İlon Mask (Elon Musk) insan beyni ilə kompüteri əlaqələndirəcək texnologiya işləyib hazırlayan "Neuralink" layihəsinə rəhbərlik edəcəyini təsdiqləyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, İ. Mask yaxın 4 il ərzində yeni startapın ilk nəticələr ortaya qoyacağını vəd edib.  
 
Qeyd edək ki, "Neuralink" insan beynindəki məlumatları hesablayaraq onları rəqəmli daşıyıcılara yazmağa imkan verən texnologiya hazırlayır. Söhbət insan beyni və maşınların bir növ, simbiozundan gedir. "Neyron krujeva" adlanan texnologiya elektrodların beyinə implantasiyasını nəzərdə tutur. Bununla insanlar hər hansı fiziki alət olmadan birbaşa kompüterə informasiya yükləyə biləcəklər. Eyni zamanda, süni intellekt vasitəsilə beyin aktivliyi artırılacaq. "Neuralink"in rəhbərləri gələcəkdə bu metodun bəzi xəstəlikləri, o cümlədən epilepsiya və iflici müalicə etməyə imkan verəcəyini də düşünürlər. Layihə ilkin mərhələdədir. Artıq yeni şirkətə əməkdaşların cəlb olunmasına başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.